Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqda iki azərbaycanlı saxta spirtli içki satışında şübhəli bilinərək saxlanılıb.
Musavat.com xəbər verir ki, hüquq-mühafizə orqanları Azərbaycan əsilli Elməddin Ağayev və Mirxas Verdiyevi saxlayıb. İlkin məlumatlara görə, onlar saxta spirtli içki satışında şübhəli bilinir. Bu barədə Region İctimai Palatasının üzvü Dmitri Çukreyev məlumat verib.
Hazırda onlara qarşı hansı qətimkan tədbirinin seçildiyi barədə dəqiq məlumat yoxdur. Hüquq-mühafizə orqanları saxlanma ilə bağlı şərh verməyib.
Xatırladaq ki, iyulun 22-də eyni ittihamla iş adamı olan azərbaycanlı Elvin Şükürov saxlanılmışdı. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı bəndinin “a, b” yarımbəndləri ilə (“Qrup halında, qabaqcadan razılaşaraq, külli miqdarda saxta alkoqollu məhsul istehsalı, saxlanması, daşınması və satış məqsədilə dövriyyəsi”) ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Şükürov istintaq təcridxanasına göndərilib.
Şahanə Rəhimli
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ