Onlayn ictimai-siyasi qəzet
Erasx (Arazdəyən)–Sədərək dəmir yolu — Ermənistan ilə Naxçıvan arasında yerləşən xətt inşa olunana qədər Ermənistan blokadada qalacaq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 23-də Ermənistan parlamentində müxalif «Ermənistan» blokundan deputat Artur Xaçatryan bildirdi.
Erməni deputat regional kommunikasiya xətlərinin açılması və blokdan çıxarılması barədə gedən danışıq proseslərin real vəziyyətinə uyğun gəlmədiyini iddia edib.
Onun sözlərinə görə hökumət 2022-ci ildə üç sərhəd keçid məntəqəsinin açılmasını nəzərdə tutan (Arazdəyən–Sədərək, Karaunç və Qazax) qərar layihəsini yaymışdı. Lakin həmin məsələ hələ də Hökumətin iclasının gündəminə daxil edilməyib.
Həmin yollar inşa edilməyənədək Ermənistan blokadada qalmağa davam edəcək. Haqqında çox danışılan ‘Tramp marşrutu’ bu seqment olmadan tam şəkildə işləyə bilməz. Bu yol yalnız 42 kilometrdən ibarət olmamalı, Erasxa (Arazdəyənə) qədər bütün marşrutu əhatə etməlidir», — deyə Xaçatryan izah etdi.
Erməni deputat həmçinin İcevan–Qazax yolunun əhəmiyyətini vurğulayıb və onun açılmasının Tiflisə, habelə Xəzər dənizinə daha qısa yol təmin edə biləcəyini qeyd edib.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ