Onlayn ictimai-siyasi qəzet
Məşhur iranlı müğənni Mehdi Yarrahiyə qadınların geyim qaydalarına qarşı etirazları dəstəkləyən mahnısına görə 74 şallaq vurulub.
Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Nəşr qeyd edir ki, bu, ona qarşı açılmış cinayət işinin bağlanması üçün razılaşmanın bir hissəsi kimi həyata keçirilib.
Müğənni 2023-cü ildə İranda məcburi hicabı tənqid edən “Your Headscarf” (“Roo Sarito”) adlı mahnısına görə 2 il 8 ay həbs və 74 şallaq cəzasına məhkum edilib. Bir il həbs cəzasını çəkdikdən sonra isə girov qarşılığında azadlığa buraxılıb.
Mahnıda məcburi hicab və qadınlara tətbiq olunan digər məhdudiyyətlərə qarşı etiraz ifadə olunur.
Müğənninin vəkili Zəhra Minovayi cinayət işinin cəzanın icrasından sonra bağlanması ilə bağlı razılaşmaya nail olub. Mehdi Yarrahi öz vəkillərinə təşəkkür edib və “Instagram” hesabında “Azadlıq üçün bədəl ödəməyə hazır olmayan, ona layiq deyil” ifadəsini yazıb.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ