İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur kosmetika şirkəti Rusiyadakı fəaliyyətini dayandırdı

Məşhur Fransa-Amerika kosmetika şirkəti olan "Coty" Rusiyadakı fəaliyyətini dayandırıb. AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şirkətin açıqlamasında deyilir ki, 2021-ci maliyyə ilində 4,63 milyard dollarlıq satışların 3%-dən bir qədər çoxu Rusiyanın payına düşüb. Kosmetik brendlərin istehsalçısı hesab edir ki, Rusiya bazarını tərk etmək qərarı 2022-ci maliyyə ilində gəlirlərə təsir etməyəcək.

Qeyd edək ki, "Coty" ətir, kosmetika, dəriyə qulluq məhsulları istehsal edir və satır. Onun portfelinə "Bottega Veneta", "Burberry", "Calvin Klein", "Chloe", "Davidoff", "Gucci", "Hugo Boss", "Kylie Skin", "Marc Jacobs", "Miu Miu" və "Tiffany & Co" kimi dəbdəbəli gözəllik brendləri daxildir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR