Onlayn ictimai-siyasi qəzet
Yanvarın 6-da Rusiya Federasiyasının əməkdar artisti, kinorejissor Oleq Ryabokon 85 yaşında Sankt-Peterburqda vəfat edib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Fontanka" məlumat yayıb. Nəşr qeyd edir ki, Ryabokon tamaşaçılara ilk növbədə 1983-cü ildə çəkilmiş "Əlibaba və qırx quldur" filmindən tanışdır.
Rejissor eyni zamanda Nikolay Karaçentsov üçün "Bir nəfər hamı üçün!" televiziya filmini çəkib.
Oleq Ryabokon Leninqrad Hərbi Mexanika İnstitutunu, 1972-ci ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib.
Rejissorun ölüm səbəbi məlum deyil.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ