Onlayn ictimai-siyasi qəzet
Koreya Müharibəsində Türk astsubayı Süleyman Dilbirliyi ilə yaşadığı duyğulu hekayə əsasında çəkilən “Ayla” filmi ilə bütün dünyada tanınan Kim Eunja 73 il sonra həyatını itirib.
Türkiyənin Seuldakı Səfirliyi tərəfindən açıqlanan məlumata görə Kim Eunja sətəlcəm səbəbilə vəfat edib.
Uzun müddətdir İnçxon şəhərində yerləşən Songdo Hana Xəstəxanasının yaşlılara qulluq şöbəsində müalicə alan Kim Eunjanın eyni zamanda demensiya xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Son günlərdə sətəlcəmlə mübarizə aparan Kim, həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib.
Koreya Veteranlar və Vətənpərvərlər Nazirliyinin himayəsində olan və Türkiyəyə böyük sevgi ilə bağlı olan Kim Eunja ömrünün son illərində Türkiyənin Seuldakı Səfirliyi tərəfindən tez-tez ziyarət olunub.
Kim Eunjanın vəfatı ilə bağlı xəbər yayıldıqdan sonra Türkiyənin Seuldakı səfiri Murat Tamer mərhumun ailəsinə başsağlığı vermək üçün taziye ziyarətində olub.
Xatırladaq ki, gerçək hadisələr əsasında ekranlaşdırılmış “Ayla” filmi Koreya Müharibəsi zamanı beş yaşlı, sahibsiz bir qız uşağını himayəsinə götürən astsubay Süleyman Dilbirliyi ilə Ayla adını verdiyi bu körpənin ürəkləri sızıldadan hekayəsini nəql edir. Film izləyicilər tərəfindən böyük rəğbət qazanaraq Türkiyənin ən yaddaqalan müharibə dramlarından biri hesab olunub.
Xalidə Gəray
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ