İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyordan şok etiraf: “Sevgilimin bədəninə bıçaqla adımın baş hərfini yazdım”

“Call Me by Your Name”, “Rebecca”, “The Social Network” və “Sorry to Bother You” kimi filmlərdə rol alan Armie Hammer son illərdə yazdığı qəribə fantaziyalardan ibarət mesajlarla dünya gündəminə düşüb.

Onun bir qadınla mesajlaşma zamanı "Sən mənə tabe olmaq üçün yaşayırsan və mənim qulum ol" dediyi iddia edilib.

Başqa bir mesajda isə “Ayaq barmaqlarından birini kəsib özümlə aparmaq istəyirəm” kimi son dərəcə narahatedici cümlələr yer alıb.

Açıqlanan mesajlar arasında Hammerin bir qadına "Mən səni yemək istəyirəm" deməsi də var.

Ən son isə o, müsahibə verdiyi zaman keçmiş sevgilisi Peyc Lorenzeni bıçaqla cızdığını etiraf edib.

“Kiçik bıçağın ucu ilə bədəninin bir yerində “A” hərfini çəkdim. Heç qan da yox idi. Bu, daha çox cızıq kimi idi. Bu, cütlüklərin bir-birinə baş hərflərini döymə etdirməsi kimi bir şeydir. Bu, bəzilərinə qəribə görünür, amma məncə romantik bir jestdir”, - deyə Hammer bildirib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR