İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi rayonlarda arabir yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 2, Qax və Balakəndə 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/s-dək güclənir.

Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR