Onlayn ictimai-siyasi qəzet
"Xaçatryan və dəstəsi hamını güllə yağışına tutmuşdu".
Musavat.com bildirir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Bəyim Rəhimova deyib.
Zərərçəkmiş həmin hadisənin təfərrüatlarını bu cür izah edib:
"Ermənilər Meşəliyə səhər tezdən hücuma keçdi, mən və qardaşım yaralandıq. Mən tibb məntəqəsində tibb bacısı işləyirdim. Qaldıq mühasirədə. Sonra biz kəndi tərk etməyə məcbur qaldıq. Uşaqları da götürüb kənddən çıxdıq. Ermənilər evimizi yandırdılar. Onlar bizi elə mühasirəyə almışdılar ki, heç yerə çıxa bilmirdik. Hamımızı güllə yağışına tutdular. Məqsədləri bizim hamımızı öldürmək idi".
Bəyim Rəhimova məhkəmədən Vaqif Xaçatryana ən ağır cəzanı istəyib.
Xalidə Gəray
Foto müəllifindir
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ