İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim TƏYİN EDİLDİ - FOTO

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

Musavat.com xəbər verir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmrilə bu vəzifəyə Hikmət Nağıyev təyin edilib.

Qeyd edək ki, H.Nağıyev 1986-1989-cu illərdə Kardiologiya ETİ-də iş fəliyyətinə başlayıb. 1989-cu ildən 1994-cü ilədək Moskva Vişnevski adına Cərrahiyyə İnstitutunda ürək-damar cərrahı kimi, 1994-2001-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutu damar cərrahiyəsi kafedrasında assistent, 2001-ci ildən bu günədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR