İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank fəaliyyətini dayandırdı: Oğurlanan idarə rəisi qaytarılmasa...

Liviya Mərkəzi Bankı idarələrindən birinin rəhbərinin oğurlanmasına etiraz olaraq bütün filiallarının işini dayandırıb.

Musavat.com xəbər verir ki, müvafiq bəyanat Mərkəzi Bankın Facebook səhifəsində dərc edilib.

Sənəddə deyilir: “Liviya Mərkəzi Bankı informasiya texnologiyaları departamentinin rəhbəri Musab Müslümün oğurlanmasını pisləyir və Müslüm işə qayıdana qədər onun bütün filiallarının işini dayandırır”.

Mərkəzi Bank əlavə edib ki, sözügedən məmur “səhər saat 9-da öz evinin yaxınlığında naməlum şəxslər tərəfindən qaçırılıb. Bankda adam oğurluğunun arxasında konkret kimin ola biləcəyi və cinayətin təşkilatçılarının hansı məqsədləri güddüyü barədə məlumat yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR