İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Asiya ölkələri ABŞ-dan silahlar almaq istəyir

Mərkəzi Asiya ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya silahlarının tədarükünün azalması ehtimalından narahatdırlar və ABŞ onlarla müdafiə vəsaitləri əldə etmək imkanı ilə bağlı danışıqlar aparır.

“Report” xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu deyib.

“Bu sahədə Mərkəzi Asiya ölkələri ilə gözəl tərəfdaşlığımız var. Tarixən bu region xarici hərbi qüvvələrin hərəkətlərinə çox həssas olub, lakin bizim tərəfdaşlıq proqramlarımız bütün regionda çox uğurludur. Təhlükəsizlik sahəsində əməkdaşlığa gəlincə, hamımız bilirik ki, Rusiya Ukraynada çoxlu hərbi texnika və sursat istehlak edir. Başqa ölkələrə ixrac bir yana, öz ehtiyatlarını bərpa etmək də çətin olacaq.

Bu, sərhədlərini qorumaq üçün Rusiya silahlarına arxalanan Mərkəzi Asiya ölkələri üçün çox vacibdir. Əfqanıstana yaxın olan ölkələr birdən-birə təyyarə və ya sursat çatışmazlığı ilə üzləşə bilər. Bu, onların böyük narahatlığına səbəb olur. Onlarla müdafiə texnikasını haradan ala biləcəklərini müzakirə edirik: bizdən, Cənubi Koreyadan və ya Yaponiyadan”-, o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR