İnsanlara hürriyət, millətlərə istiqlal!

Merkeldən tərif dolu TÜRKİYƏ AÇIQLAMASI: "Onlar bizdən daha çox..."

Almaniyanın sabiq kansler Angela Merkel 2015 və 2016-cı illərdəki qaçqın böhranı zamanı zorakılıq və təqib təhlükəsi altında olan 1,2 milyondan çox qaçqını və sığınacaq axtaran şəxsi qəbul etdiyinə görə Nansen Qaçqın Mükafatına layiq görülüb.

Musavat.com xəbər verir ki, Merkel İsveçrənin Cenevrə şəhərində keçirilən mükafatlandırma mərasimində çıxış edib.

“Mənim fikrimcə, biz bu şərəfi ilk növbədə o vaxt işləməyə başlayan və vəziyyəti uğurla idarə edən insanlara borcluyuq” - mükafatı yardımsevər insanlara həsr etdiyini deyən Merkel rəsmilərə və qeyri-hökumət təşkilatlarına təşəkkür edib.

Sabiq kansler Türkiyənin bu məsələdə xüsusi rolundan da danışıb.

Türkiyənin qaçqın böhranında Almaniyadan daha böyük yükü üzərinə götürdüyünü deyən Merkel qaçqınların öz ölkələrinə təhlükəsiz şəkildə dönə bilmələri üçün davamlı həll yollarının tapılmasının vacibliyinə toxunub:

“Türkiyə Yaxın Şərqdən gələn 3,8 milyon qaçqına ev sahibliyi edib”.

Mükafatı Merkelə təqdim edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib:

“Merkelin ən zəiflərə yardım siyasəti cəsarətli və nümunəvi idi”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR