İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeşin hakimiyyət orqanları bakteriyalara görə bitkilərin idxalına qadağa qoyub

Mərakeşin Qida məhsullarının təhlükəsizliyi üzrə milli idarəsi (ONSSA) ölkəyə bütün növ bitkilərin (tinglər, dekorativ bitkilər və toxumlar) idxalına qadağa qoyub. Bu tədbir “Xylella fastidiosa” aerob bakteriyasının krallığın ərazisinə gətirilməsinin qarşısını almaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə səyahətçilər tərəfindən ölkəyə gətirilən hər hansı bitki (tinglər, dekorativ bitkilər və toxumlar) qüvvədə olan müvafiq qaydalara uyğun şəkildə müsadirə olunaraq məhv ediləcək.

Bundan əlavə, ONSSA bildirir ki, “Xylella fastidiosa” bakteriyasına münasibətdə onun mövcudluğu qeydə alınan ölkələrdən dekorativ bitkilərin bütün idxalının dayandırılması yolu ilə profilaktik tədbirlər gücləndirilir.

Ölkəyə yalnız fitosanitar tələblərə uyğun olan bitkilər buraxılır.

“Xylella fastidiosa” bakteriyası oleandr və badam yarpaqlarının qurumasına, ərik xəstəliklərinə, üzüm bakteriozuna (Pirs xəstəliyi) səbəb olur, eləcə də Braziliyada sitrus ağaclarını məhv edir. Bu bakteriyanın vurduğu iqtisadi ziyan məhsulun qismən azalmasından tutmuş onun keyfiyyətinin tamamilə itirilməsinədək dəyişir. Zərərvericilik üzümlüklərin uzunömürlülüyünün qısaldılmasında da özünü göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR