Onlayn ictimai-siyasi qəzet
Bu ilin payızında ağır infeksiya səbəbi ilə əməliyyat olunan və görmə qabiliyyətinin ciddi şəkildə zədələndiyini etiraf edən dünya pop səhnəsinin əfsanəvi ulduzu Elton Con açıqlaması ilə sevənlərini kədərləndirib.
77 yaşlı sənətçi sağlamlığı ilə sınağa çəkildiyi və səhhətinin ağır olduğunu bildirib.
“Düzünü desəm, məndə çox şey qalmayıb. Orqanizmimdə badamcıqlar, adenoidlər yoxdur. Prostatım da yoxdur”, - deyə, Con vurğulayıb.
Sənətçi sağ ombasını və hər iki dizini itirdiyini söyləməkdən də çəkinməyib:
“Məndə qalan yeganə şey sol ombamdır”.
Müğənni noyabrın əvvəlində qatıldığı verilişlərin birində demək olar ki, görmə qabiliyyətini tamamilə itirdiyi üçün yeni albom üçün mahnılar yaza bilməyəcəyini söyləyib. O, bir gözü ilə demək olar ki, heç nə görmədiyini deyib. (Olay)
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ