İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mən sağam" - Gənc oğlan öz dəfninə gələnləri ŞOKA SALDI

Argentinada 22 yaşlı gəncin dəfn mərasimi ailə üzvləri və dostlar üçün gözlənilməz bir hadisəyə çevrilib. Yol qəzasında öldüyü düşünülən gənc “Mən sağam!” deyərək hamını heyrətə salıb.

Şəkər qamışı daşıyan yük maşını gənci vurduqdan sonra polis əvvəlcə intihar versiyasını nəzərdən keçirib, lakin sonradan işi ehtiyatsızlıqdan adam öldürmə kimi təsnifləyərək məhkəmə-tibbi ekspertiza təyin edilib.

Ertəsi gün bir qadın polisə müraciət edərək ölən şəxsin oğlu olduğunu bildirib və bunu geyim və xarici görünüşə görə təsdiqləyib. Bunu əsas götürən polis əlavə araşdırma aparmadan cəsədi ailəyə təhvil verib.

Dəfn mərasimi həftəsonu keçirilib. Elə bu vaxt mərasimə gəncin özü gəlib sağ olduğunu elan edib. Məlum olub ki, o, bir neçə gündür yüzlərlə kilometr uzaqlıqdakı Alderetes şəhərində məzuniyyətdə olub və baş verən qarışıqlıqdan xəbəri olmayıb. Polis gəncdən ifadə alıb, tabutdakı cəsəd isə yenidən meyitxanaya göndərilib.

Sonrakı araşdırmada məlum olub ki, əslində ölən şəxs Delfin-Gallo şəhərindən olan 28 yaşlı Maksimiliano Enrike Akostadır. Onun ailəsinə cəsəd təqdim olunub və doğma şəhərində dəfn edilib. Həmçinin aydınlaşıb ki, ilkin mərhələdə Akostanın ailəsinə başqa bir şəxsin cəsədini göstəriblər.

Mərhumun qardaşı Hernan bildirib ki, identifikasiya prosesi düzgün aparılmayıb, ailəni bir neçə dəfə meyitxanaya çağırıblar və sənədlər və ekspertizalar tam yoxlanılmadan cəsəd təhvil verilib.

Hadisə ilə bağlı Argentina Baş Prokurorluğu daxili araşdırma başladıb. Hüquq-mühafizə orqanları səhv identifikasiyaya səbəb olan xətaların necə baş verdiyini araşdırır./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR