İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Gürcüstana ağır ittiham: “Avropa üçün yoxsan”

Ukrayna Prezidenti Vladimir Zelenski Varşavada keçirilən Təhlükəsizlik Forumunda videobağlantı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o, Moldova və Gürcüstan arasındakı siyasi fərqlərə diqqət çəkərək, Tbilisinin Avropa yolundan uzaqlaşdığını bildirib.

Zelenski çıxışında vurğulayıb ki, Moldovada Avropayönlü qüvvələrin qələbəsi Rusiyanın ölkəni qeyri-sabitləşdirmək cəhdlərinin uğursuzluğunu göstərir. Amma Gürcüstan məsələsində vəziyyətin fərqli olduğunu deyib:

“Bu gün Gürcüstan böyük ölçüdə Avropa üçün itirilib. Ola bilsin, bir gün o yenidən Avropa yoluna qayıdar. Amma Avropa Gürcüstanda və Belarusda baş verənlərə göz yummamalıdır”.

Prezidentin bu bəyanatı Cənubi Qafqazda geosiyasi rəqabətin daha da kəskinləşdiyini göstərir. Gürcüstanın Qərb kursundan yayınması Kiyevdə ciddi narahatlıq doğurur.

Qeyd edək ki, son aylarda Gürcüstan hökumətinin Qərblə münasibətlərində gərginlik artıb. Ukrayna ilə Tbilisi arasındakı siyasi soyuqluq isə regiondakı strateji balansı dəyişə biləcək mühüm amillərdən biri kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR