İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən də “özündən razılıq” xəstəliyinə tutulmuşdum”

"Çəkiliş gedirdi. Rasim müəllim (Xalq artisti, rejissor Rasim Ocaqov- red) mənə siqareti tələm-tələsik şəkildə atmağım barədə təlimat verdi. Mən isə bunu bir estetika ilə etmək istəyirdim, alınmadı. Təxminən 7-8 dəfə siqaret atmaq səhnəsini yenidən çəkməli olduq.

Özüm-özümə qəzəbləndim. Yəni bir siqareti ata bilmədim? Bir-birimizlə dalaşdıq. Məndə də bir balaca "özündən razılıq" xəstəliyi var idi. O, bunun fərqinə vardı və yerindəcə o, xasiyyətimi boğub öldürdü".

Musavat.com olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Sabahın xeyir, Azərbaycan!" verilişində mərhum rejissor Rasim Ocaqov haqqında deyib.

Manafov kinorejissora olan sevgisini və hörmətini də dilə gətirib: "Mən ondan heç vaxt ayrılmamışam. Rasim müəllim mənim hər zaman ürəyimdə və düşüncələrimdə qalacaq. O, zaman bir kölgə kimi mənim arxamda olub".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR