İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən ancaq böyük samovarları oğurlayırdım”

Bakıda mənzillərdən samovar oğurlayan şəxs həbs edilib.

Musavat.com xəbər verir ki, 34 yaşlı Ceyhun Binəqədi rayonunda Goradil və Fatmayi bağları ərazisində 8 evdən samovar oğurlayıb.

Ceyhun oğurladığı samovarları Binəqədidə qaynaqçıya 75 manata satıb. Polis Ceyhunu saxlayan zaman əməlini etiraf edib. Oğurlanmış samovarlar başqa şəxslərə satılmadan müəyyən edilib və sahiblərinə geri qaytarılıb.

Müəyyən edilib ki, Ceyhun daha əvvəl də iki dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə 2022-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Əməlindən peşman olduğunu deyən Ceyhun bildirib ki, ehtiyac üçün bu yola əl atıb. İfadəsində göstərib ki, oğurluğa girdiyi evlərdən yalnız samovar götürüb və ancaq böyüklərini seçirmiş.

Samovarları qaytarılan zərərçəkmiş şəxslər Ceyhundan şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə Ceyhun 2 il azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR