İnsanlara hürriyət, millətlərə istiqlal!

Melek iranlı qadınlar üçün səhnədə saçlarını kəsdi - VİDEO

Türkiyənin məşhur müğənnisi Melek Mosso səhnədə saçlarını kəsib.

Musavat.com xəbər verir ki, Harbiye Açıq Hava Teatrında çıxış edən ifaçı İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini və azadlıq uğrunda mübarizə aparan qadınlara görə bu addımı atıb.

Melek “Bu gecə mahnılarımı bütün qadınlar adına oxuyuram. Azadlığımızı heç kəs əlimizdən ala bilməz”, - deyə bildirib.

Xatırladaq ki, İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qız hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib. Bundan sonra baş verən zorakılığa qarşı ölkə ərazisində genişmiqyaslı etirazlar başlayıb.

Sözügedən görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR