İnsanlara hürriyət, millətlərə istiqlal!

Meladzeyə AĞIR İTKİ - konsertlərini təxirə saldı

Gürcü əsilli rusiyalı müğənni Valeriy Meladzenin atası Şota Meladze vəfat edib.

İfaçı 90 yaşında dünyasını dəyişib. Bu barədə Meladze sosial media hesabında məlumat yayıb.

O, bu səbəbdən qarşıdakı konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını deyib. Meladze yanvarın 20, 23 və 25-də Almatıda keçirilməli olan konsertlərinin tarixini fevralın 2, 4 və 6-na dəyişib. Yanvarın 22-də Daşkənddə keçirilməsi planlaşdırılan konsert isə fevralın 7-nə təxirə salınıb.

Bildirilib ki, əvvəllər alınmış biletlər yeni tarixlər üçün etibarlı olacaq. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR