İnsanlara hürriyət, millətlərə istiqlal!

Meladze Rusiya vətəndaşlığından məhrum edilməyəcək, çünki...

Gürcü əsilli məşhur rusiyalı müğənni Meladze Rusiya vətəndaşlığından məhrum edilməyəcək.

Musavat.com bildirir ki, bu barədə ötən gün Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "martın 24-də aidiyyəti orqanlar Meladzenin Dubaydakı konsertində şuar səsləndirdiyi videoya baxıblar və qərara gəliblər ki, müğənni qanun pozuntusuna yol verməyib, bu barədə heç bir fakt yoxdur. Beləliklə də sənətçinin Rusiyaya girişinə qadağa qoymayacaq, Rusiya vətəndaşlığından məhrum edilməyəcək".

Xatırladaq ki, bu ilin yanvarın əvvəlində müğənni Valeri Meladze Dubayda konsert verərkən, "Yaşasın qəhrəmanlar!" ("Героям слава!") şüarını səsləndirmişdi.

Əksəriyyət onun bu şüarını Ukraynaya dəstək kimi qəbul edərək, Rusiya vətəndaşlığından məhrum edilməsi üçün çağırışlar etmişdi. Rusiyanın tanınmış ictimai xadimi Anton Korobkov-Zemlyanski Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri və TFR üzrə Baş İdarəsinə müraciət edərək, müğənninin Ukrayna Silahlı Qüvvələri (AFU) üçün mümkün maliyyə vəsaiti köçürüb-köçürmədiyini yoxlamağı tələb etmişdi. O, həmçinin qeyd etmişdi ki, "Moskva vilayətinin Krasnoqorsk şəhər dairəsinin İctimai Palatasının üzvü olan Meladze bu cür şüarlar səsləndirməməlidir”.

Senator Yelena Afanasyeva da Meladzenin Rusiya vətəndaşlığından məhrum etməyi təklif etmişdi.

Lakin aidiyyəti həmin konsertin videosunu araşdırdıqdan sonra bildiriblər ki, müğənni həmin şüarı Ukrayna tərəfdarlarının "Yaşasın Ukrayna" ("Слава Украине") şüarına cavab olaraq səsləndirib.

Məlumata görə bu şüar İkinci Dünya müharibəsi zamanı ukraynalı millətçilərin fəal şəkildə istifadə etdikləri şüardır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR