İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbdən ölən şagirdlə bağlı AÇIQLAMA VERİLDİ

 

"Bu gün saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib".

Məktəbdən Musavat.com-a daxil olan məlumata görə, məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib:"Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.


Ancaq bunlara baxmayaraq, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.
285 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi kədərləndiyini bildirir, vəfat edən məktəblinin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət etsin!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR