Onlayn ictimai-siyasi qəzet
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. O, işə düzəlmək adı ilə 10 min manat pul alıbmış. Aldığı pulu qaytarıb.
Musavat.com xəbər verir ki, 1982-ci il təvəllüdlü Əliəsgər Həsənov tanışı Emindən “Azəreneji ASC”-nin Kadrlar şöbəsinə ayda 1500 manat maaşı olan işə düzəldəcəyini deyib.
2020-ci ildən bu ilin avqust ayına kimi “Enerjiservistikintitəmirsazlama” ММС-də işləmiş Həsənov maddi vəziyyəti yaxşı olmadığı üçün bu yola əl atdığını deyib. Bildirib ki, əməlindən peşmandır.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Həsənov 10 min manatı geri qaytarıb. O, ilk dəfə cinayət əməli törətdiyini, iki azyaşlı övladı olduğunu deyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
İ.Muradov,
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ