İnsanlara hürriyət, millətlərə istiqlal!

Bundestaqda uğursuzluq: Merz kansler ola bilmədi

CDU/CSU-nun namizədi Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün lazımi səsləri toplaya bilməyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mühafizəkar CDU/CSU bloku tərəfindən namizədliyi irəli sürülən Fridrix Merz Almaniya kansleri təyin olunmaq üçün Bundestaqda lazımi dəstəyi ala bilməyib. Onun 6 səsi çatmayıb. 310 deputat Merzin lehinə səs verib. Onun kansler seçilməsi üçün minimum 316 səs tələb olunur.

307 deputat Merzin namizədliyinin əleyhinə səs verib, daha üç deputat isə bitərəf qalıb. Beləliklə, kifayət qədər səs toplanmadığı üçün ikinci tur tələb olunacaq.

Səsvermənin nəticələrinin təfərrüatları və partiyaların atacağı mümkün addımlar hələ də dəqiqləşdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR