Onlayn ictimai-siyasi qəzet
"Kızılcık Şerbeti” serialında "Nilay" obrazı ilə tanınan aktrisa Feyza Civelek haqqında istintaq başladılıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Civelekin keçmiş sevgilisi Alican Kurt bir illik münasibətlərindən sonra sosial media hesabında aktrisa ilə bağlı paylaşım edib.
Kurt qız dostu isə paylaşıma gülməli rəylər yazıb. Bu isə Feyza Civeleki özündən çıxarıb.
“Mən Türkiyənin ən tanınmış aktyorlarından biriyəm, yəqin ki, məni özün kimi aşağı səviyyəli biri hesab edirsən. Bir daha mənim haqqımda danışsan, səni körpüdən asaram, gələn hər kəs üzünə tüpürər”, - deyərək qızı hədələyib. Bundan sonra Kurt ədliyyəyə gedərək Feyza Civelekdən şikayətçi olub.
Könül
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ