İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada naməlum şəxslər insanlara atəş açıb

Meksikanın cənubunda yerləşən Quanaxuato ştatının Salamanka şəhərində naməlum cinayətkarlar bazar ertəsi günü axşam saatlarında insanları atəşə tutub.

AZƏRTAC xəbər verir ki, Noticias MVS radiosunun saytında yerləşdirilən məlumata görə, azı altı nəfər hücumun qurbanı olub. Prokurorluq orqanları kütləvi qətlin səbəblərini araşdırırlar, Milli qvardiyanın döyüşçüləri şübhəlilərin axtarışına başlayıb. Həlak olanların kimliyi və cinayətin mümkün motivləri açıqlanmayıb.

2018-ci ilin dekabrından 2022-ci ilin aprelinədək olan müddətdə Quanaxuato ştatında 10 mindən çox qətl hadisəsi qeydə alınıb. Ştat bu göstərici üzrə Meksikanın 32 ştatı arasında böyük fərqlə birinci yeri tutub.

Rəsmi məlumatlara əsasən, 2021-ci ildə Quanaxuatoda 3,5 mindən çox insan zorakılığın qurbanı olub. Bu, ümumən ölkə miqyasında həlak olanların 10 faizindən çoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR