İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada metro qəzası: İki qatar toqquşdu, yaralılar və ölən var

 

Meksikanın Mexiko şəhəri metrosunun 3-cü xəttində iki qatar toqquşub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər qəzada 1 nəfərin öldüyünü, 57 nəfərin yaralandığını açıqlayıb. Sərnişinlər arasında həyatını itirən vətəndaşın qadın olduğu öyrənilib. Mexico City Vətəndaş Təhlükəsizlik Naziri Ömər Qarsiya Harfuch yaralılardan 57 nəfərin müalicə olunmaq üçün ətrafdakı xəstəxanalara aparıldığını, 4 nəfərin isə qatarda ilişib qaldığını bildirib.

Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

İlkin məlumatlara görə, qəzanın eyni xətt üzrə hərəkət edən qatarın nasazlıq səbəbindən dayanmasından sonra, arxadan gələn ikinci qatarın nasaz olan qatara çırpılması nəticəsində baş verdiyi bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR