İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada helikopter qəzasında dörd nəfər ölüb

Meksikanın mərkəzindəki Aquaskalientes ştatında regional polisə məxsus helikopter qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə "La Jornada" qəzeti məlumat yayıb.

Qəzada 4 nəfər, o cümlədən Porfirio ştatının ictimai təhlükəsizliyinin rəhbəri Sançes Mendoza həlak olub.

Helikopter əvvəllər Mendozanın narkotik ticarəti ilə mübarizə üzrə prokurorluq əməliyyatında iştirak etdiyi ərazinin yaxınlığında, Hesus Maria bələdiyyəsində qəzaya uğrayıb.

Qəzanın mümkün səbəbləri barədə məlumat verilməyib. Bölgə rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib və insanların ölümü ilə bağlı məlumatı təsdiqləməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR