Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlunun rəhbərlik etdiyi "Uşaq Oyunları və İdman Klubları Federasiyası" zəlzələ bölgəsinə növbəti səfərə hazırlaşır.
Səfər çərçivəsində zəlzələ bölgəsində olan uşaqlara xüsusi diqqət göstəriləcək. "Uşaqlarımız oyuncaqsız qalmasın, onların gizli gülüşləri üzə çıxsın" şüarı ilə onlara Türkiyənin klassik və modern oyunları oynadılacaq.
Mehmet Mutlunun hər zaman dediyi kimi, bir uşağı xoşbəxt et, Türkiyə xoşbəxt olsun!
Bildiririk ki, bu layihənin media dəstəkçilərindən biri də "Yeni Müsavat" Media Qrupudur.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ