İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məhkəmələrdə süründürəcəyəm" - Nura Suri

Müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edənlərə cavab verib. 

Bu haqda "Xəzər axşamı" verilişində danışan ifaçı tez-tez polisə müraciət etdiyini söyləyib: 

"Mənim haqqımda harada təhqir çıxırsa, onunla mübarizə aparıram. Hələ təkəm, inanıram mənə qoşulacaqlar. Bu işlərlə polisi yormuşam, amma anında taıpılır, iş məhkəməyə qədər gedir. Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Bu yaxınlarda iki fərqli səhifədən bir nəfər mənə şərh yazmışdı. Cavab verdim ki, sizdən polisə şikayət etmişəm, sona kimi gedəcəyəm və məhkəmələrdə süründürəcəyəm. Artıq 7 dəfədən çoxdur ki, polisə şikayət etmişəm. Mübarizə aparmaq lazımdır. Şərh yazanlar tapılıb, məhkəmələr də olub. Birinə 15 gün həbs cəzası verilmişdi". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR