İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmədən Rasim Məmmədovla bağlı QƏRAR

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər təmin edilməyib.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə davam etdirilən hazırlıq iclasında qərar qəbul edilib.

Vəkil Elçin Sadıqov həmçinin iş üzrə bəzi sübutların iş materiallarından çıxarılması və üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vəsatət qaldırıb. Təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğu bildirilib. Ancaq hər iki vəsatət də baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası sentyabrın 9-a təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR