İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Qaqauziya rəhbəri barədə QƏRAR VERDİ

Kişinyov məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu prokurorluğun tələbi ilə 20 sutka müddətinə həbs edib.

Musavat.com xəbər verir ki, bu barədə prokuror Adrian Skutaru jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Yevgeniya Qutsul 2023-cü il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı dörd maddə ilə ittiham olunub.

Səhər saatlarında Qutsul Çokana rayon məhkəməsinə aparılıb. Məhkəmə binasının qarşısına toplaşan onlarla tərəfdarı onun azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, Qutsul martın 25-də 2023-cü il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı cinayət işi üzrə saxlanılıb. O, seçkilər zamanı ayrı-ayrı şəxslərin xeyrinə pul ianələri ilə bağlı sənədləri və maliyyə vəsaitlərinin mənbələrini təsdiq edən sənədləri saxtalaşdırmaqda şübhəli bilinir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR