Onlayn ictimai-siyasi qəzet
"Zarafatcıl, gülərüz idi. Bir məktəbdə oxuyurduq. Heç kimlə problemi yox idi".
Musavat.com xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovun dostları deyiblər.
Onlar bildiriblər ki, Məhəmmədəlinin özündən böyük bacısı və qardaşı qalıb:
"Anası ilə atası ayrı yaşayırdı. Uşaqlar atası ilə qalırdı. Məhəmmədəli də Çeçenistana anasını görməyə gedirdi.
Həm futbola, həm də cüdoya böyük marağı var idi. Sonuncu dəfə həyətdə oturub söhbət etdik. Futbolçu olmaq istəyirdi, "Qarabağ" klubunda oynamağı arzulayırdı".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla, 29-u sağ qalıb.
Şahanə Rəhimli
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ