İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məgər Vaşinqtonda bilmirlər ki, sülhə kimi təşviq etməyə ehtiyac var?”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevə ABŞ-nin dövlət başçısı Cozef Baydenin ilk baxışda regionda sülhə təşviq xarakterli məktubunda mənim diqqətimi bir məqam çəkdi. Məktubda o, “əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə” dəstək verməyə hazır olduqlarını qeyd edir”.

Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib. Deputat daha sonra bunları qeyd edib:

“Maraqlıdır, əsrlər boyu davam edən münaqişə deyəndə ABŞ Prezidenti nəyi nəzərdə tutur? Ölkəsinin 19-cu əsrin 30-cu illərində Osmanlıya protestant missionerlərinin göndərilməsilə başlatdığı qarşıdurmanımı? Əgər söhbət Azərbaycanla Ermənistan arasındakı münaqişədən gedirsə, onun nə vaxt meydana çıxdığı və ikinci Qarabağ savaşınadək niyə həllini tapmadığı Ağ evdəkilər üçün sirr olmamalıdr axı.

Bəs “ləyaqətli sülh” deyəndə görəsən Bayden nəyi nəzərdə tutur? Özündən sonra yerində görmək istədiyi, hazırda isə vitse-prezident vəzifəsi daşıyan Kamala Harrisin Ermənistanın Dövlət Müstəqilliyi günü ilə bağlı ABŞ-dəki daşnak yığnağına göndərdiyi təbrik məktubunda vurğulananlarımı? Xatırladaq ki, Harrisin sözügedən məktubunda “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin sağ-salamat öz evlərinə qayıtmaq hüququ erməni xalqının ləyaqətinin və regionda sabitliyin bərpası üçün vacibdir” cümləsi yer almışdı ki, bu da bizdə haqlı narazılıq yaratmaya bilməzdi. Birincisi, ABŞ-nin vitse-prezidenti “Dağlıq Qarabağ” ifadəsidir ki, burada haranın nəzərdə tutulduğu bəlli deyil. Çünki Azərbaycanda artıq elə bir ərazi vahidi yoxdur. Söhbət Qarabağdan gedirsə, həmən məktubda qed edilənin əksinə olaraq oradan hər hansı hay didərgin düşməyib, onlar “miatsum”çu başçlarının tapırığıyla özləri çıxıb gediblər.
Bəli, Qarabağdan didərgin salınanlar olub, amma onlar haylar deyil, azərbaycanlılar idi. Qarabğadan didərgin salınan azərbaycanlılardan öncə isə eyni vəziyyətlə Ermənistandakı soydaşlarımız üzləşmişdilər. Və indi öz xoşlarına Qarabağdan çıxıb gedən hayların geri qayıtmalarını ləyaqətli sülhün şərti kimi rəli sürən ABŞ rəhbərliyi bəs həmən Ermənistandan didərgin salınan azərbaycanlıların nədən belə bir haqlarının olduğunu unudurlar?”

S.Alıyevin sözlərinə görə, ümumiyyətlə, cənab İlham Əliyevin ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterə də bildirdiyi kimi “sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğu, “Ermənistanın konstitusional əsasda” bizə qarşı ərazi iddialarının onun imzalanması yolunda başlıca maneəyə çevrildiyi bilinə-bilinə belə məktublarla nədən yanılış təsəvvür formalaşdırılır: “Məgər Vaşinqtonda bilmirlər ki, sülhə kimi təşviq etməyə ehtiyac var və bunun üçün o, qərbdəkilərin etdikləri kimi silahlandırılmamalı, konstitusiyasına düzəliş etməsi istənilməlidir?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR