İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən yeni təhdid: "Rusiyaya xəyanət edənlərə..."

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiyaya xəyanət edənlərlə müharibə qanunlarına uyğun davranılmasını təklif edib.

Bu barədə Medvedyev Telegram kanalında yazıb.

“İnternetdə, Teleqramda düşmən tərəfə keçmiş və vətəninin məhv olmasını istəyən xainlərlə necə davranmaq barədə müzakirələr yenidən başlayıb. Bu yaxınlarda bu mövzuya münasibət bildirmişəm. Onlarla necə davranmalı: “qanunla”, yoxsa “ədalətlə”? Mən dəqiqləşdirməliyəm. Əlbəttə ki, yalnız qanunla. Amma qanun işləmirsə və ya məqsədinə çatmırsa, o zaman müharibə dövrünün xüsusi qaydalarına əsasən davanılmalıdır. Böyük Vətən Müharibəsi dövrünü və digər ölkələrin təcrübəsini xatırlayaq. Müharibə dövründə həmişə belə xüsusi qaydalar olub”, – Medvedyev yazıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR