İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən növbəti radikal çıxış - "Xarici agentlər... məhrum edilməlidir"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev hesab edir ki, ölkəni tərk edən və xarici agent kimi tanınan ruslar Rusiya Federasiyasındakı mənbələrdən gəlir əldə etmək hüququndan məhrum edilməlidir.

Musavat.com-in Rusiya mətbuatına  istinadla verdi xəbərə görə, siyasətçi qeyd edib ki, müharibə başlayandan sonra xaricə gedən rusiyalıların bir qismi ölkənin ordusunu gözdən salmaq məqsədi daşıyan bəyanatlar verməklə yanaşı, Rusiya Federasiyasından pul almaqda davam edirlər. Medvedyev bunu əxlaqsızlıq və qəbuledilməz hesab edib və belə vətəndaşların Rusiya Federasiyasından gəlir əldə etmək imkanından məhrum edilməsinin tərəfdarı olduğunu bildirib.

“Hesab edirəm ki, xarici agentlər haqqında qanunvericiliyə dəyişiklik etmək lazımdır, burada xarici agent kimi tanınan şəxslərin Rusiyadakı mənbələrdən gəlir əldə etmək hüququ yoxdur”, - Medvedyev deyib.

Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, xaricə gedən və anti-Rusiya bəyanatları verməyən rusların qərarı “şəxsi seçim”ləridir. Eyni zamanda, siyasətçi belə bir seçimin mənəvi baxımdan pislənildiyini vurğulayıb.

“Çətin məqamda ölkənizi tərk etmək əxlaqsız hərəkətdir”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Son günlər Medvedyev, demək olar ki, hər gün qalmaqallı açıqlamalar verir, qeydlər paylaşır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR