İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: Ukraynaya veriləcək “Patriot”lar Rusiya ordusunun qanuni hədəfinə çevriləcək

NATO-nun Ukraynaya verəcəyi Patriotlar Rusiya ordusunun qanuni hədəfinə çevriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında yazıb.

"Əgər Stoltenberqin eyham vurduğu kimi, NATO Kiyev fanatiklərini NATO personalı ilə birlikdə “Patriot” kompleksləri ilə təmin edərsə, onlar dərhal silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcəklər. Ümid edirəm ki, Atlantik impotentlər bunu başa düşürlər", - deyə Medvedyev qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR