İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Ukraynanı "Sannikov torpağı", Kiyevi isə Rusiyanın şəhəri adlandırıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Kiyevin 1991-ci il sərhədlərinə qayıtdıqdan sonra danışıqlara başlamaq istəyini şərh edərək, sovet filmi "Sannikov torpağı"ndan danışıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, həmin filmin süjetinə görə, ekspedisiya Şimal Buzlu Okeanında yerləşən və qızılla zəngin olduğu iddia edilən sirli bir adanı axtarır.

Medvedyev vurğulayıb ki, “Ukrayna xuntası 1991-ci il sərhədlərininə qayıtmağı tələb edir, lakin bu, əslində Rusiya regionlarının və Rusiya imperiyasının əyalətlərinin sərhədləridir, Ukrayna deyil”.

“Ukrayna Lenin tərəfindən qurulan Sannikov topağıdır. Çox keçmədi və xəritədən itdi. Belə torpaq yoxdur. Qərbdə və Rusiyanın işğal olunmuş Kiyev şəhərində nə düşünürlər, düşünsünlər", -  o, Telegram-da yazıb.

Zaporojyeli nümayəndələrin bildirdiyinə görə, Ukrayna 1991-ci il sərhədləri daxilində yalnız Rusiyanın tərkibində mövcud ola bilər. “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin sülh yolu ilə həllində maraqlı deyil, çünki onun ölkə lideri kimi reytinqi yalnız hərbi əməliyyatların davam edəcəyi təqdirdə yüksək olaraq qalır.

Musavat.com-dan: "Sannikov torpağı" Şimal Buzlu Okeanının Novosibirskə məxsus sahillərinin yaxınlığında olan, 19-cu əsrdə bəzi tədqiqatçıların, o cümlədən Yakov Sannikovun gördüyü iddia edilən "xəyalət ada"dır. Bu sirli ada haqqında bir fantastik roman, bir macəra povesti və bir bədii film çəkilib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR