İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: "Kiyevin danışıqlardan imtinası xeyrimizədir"

"Kiyevin danışıqlardan imtina etməsi Rusiya Federasiyasına xüsusi hərbi əməliyyatn məqsədlərinə çatmasına imkan verəcək".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında yazıb.

O, Kiyevin irəli sürdüyü “yaşamaq qabiliyyəti olmayan” planın, eləcə də Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya Federasiyası ilə danışıqlardan imtinasının Moskvanın xeyrinə olduğunu, bunun RF-yə xüsusi əməliyyatı uğurla başa çatdırmaağa imkanı verəcəyini qeyd edib.  

Medvedyev Ukrayna prezidentinin irəli sürdüyü sülh formulasını və Ukrayna liderinin Rusiya hakimiyyəti ilə danışıqlardan imtina etməsi faktını xatırladıb.

“Bütün bunlar Rusiyaya  bu əclafların, Qərbdən oğurladıqları pullar naminə öz vətəndaşlarını çox sayda qurban verənlərin fiziki sonunu gətirməyə imkan verəcək”, - deyə o bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR