İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevin skandal statuslarını yazan şəxs Moskvanın mərkəzində milyonluq mənzil aldı

 

Rusiyanın keçmiş prezidenti və baş naziri, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna savaşı başlayandan bu yana sərt statusları ilə diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, Rusiyanın müxalifyönlü mətbuatı onun statuslarının müəllifinin əsl kimliyini üzə çıxarıb. Onların mənbələrinə görə, Dmitri Medvedevin yazıları əslində onun köməkçisi, Təhlükəsizlik Şurası sədrinin müavininin mətbuat katibi Oleq Osipovun klaviaturasından çıxır.

Osipov 2018-ci ilin sentyabrında vəzifəyə başlayıb və artıq cəmi 7 aydan sonra Moskvanın mərkəzində, elitar “Smolenskaya Zastava” yaşayış kompleksində 143 kvadratmetr sahəsi olan mənzilin sahibi olub. Həmin mənzilin  dəyəri 105 milyon rubl (təxminən 1 milyon 717  min ABŞ dolları) qiymətləndirilir.

Lakin rəsmi olaraq, son üç ildə Medvedevin köməkçisinin 42,8 milyon rubl qazandığı göstərilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşşenkov və “Roskosmos”un rəhbəri Yuri Borisov da eyni binada daşınmaz əmlaka sahibdirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR