Onlayn ictimai-siyasi qəzet
Keçmiş Rusiya prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev ABŞ lideri Donald Trampa qarşı sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Medvedev Trampın Rusiyaya qarşı ultimatumlarla çıxış etməsinin təhlükəli nəticələrə yol aça biləcəyini bildirib.
Rusiya rəsmisinin sözlərinə görə, hər yeni ultimatum əslində birbaşa təhdid və müharibəyə aparan addımdır: “Tramp dozu artırdıqca, vəziyyət daha da gərginləşir”.
Medvedevin fikrincə, belə davam edərsə, müharibə nə Ukrayna ilə, nə də başqa bir ölkə ilə olacaq: “Bu müharibə Tramp və onun rəhbərlik etdiyi ABŞ arasında baş verəcək. O, ölkəsini daxili qarşıdurmaya sürükləyir”.
Qeyd edək ki, Donald Tramp son çıxışlarında Rusiyanın fəaliyyətinə qarşı kəskin mövqe sərgiləyib və qəti ultimatumlar səsləndirib. Bu isə Kreml tərəfindən aqressiv cavablarla qarşılanır.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ