İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev bu dəfə Yeni Zelandiyanı yox edəcəkləri ilə HƏDƏLƏDİ

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bir daha Qərb dünyasını “kütləvi məhvlə” hədələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünü telegram kanalında yazıb.

Medvedevin sözlərinə görə, Rusiya “ən güclü silahların”, o cümlədən “yeni prinsiplərə əsaslanan” silahların istehsalını artırır.

Onun fikrincə, Rusiyanın təpkisi, Qərbin Ukraynada (Medvedev statusunda onu “Malorossiyanın Kiyev quberniyası” deyə adlandırır) yerləşməsinə verilən bir reaksiyadır. Medvedev hədəf olaraq “Avropa , Şimali Amerika, Yaponiyada, Avstraliya, Yeni Zelandiyanı göstərib.

Medvedev hansı silahı nəzərdə tutduğunu izah etməyib. Bu həftə Rusiya prezidenti Vladimir Putinin Bişkekdə çıxışı zamanı “rəsmi Moskvanın preventiv zərbələr endirə biləcəyi ehtimalını gözdən keçirdiyini” dilə gətirməsi də diqqət çəkmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR