İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəsində 777 qram narkotik daşıyan moskvalı təyyarədə ölüb

Moskva sakini mədəsində 777 qram narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiyaya keçirmək istəsə də, təyyarənin göyərtəsində ifrat doza nəticəsində ölüb.

Musavat.com xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, 59 yaşlı rusiyalı Venesuelanın Porlamar şəhərindən Moskvaya uçurmuş. Uçuş zamanı kişinin səhhəti kəskin şəkildə pisləşib və o ölüb.

Mərhumun meyidi məhkəmə-tibbi ekspertizasına göndərilib. Məlum olub ki, rusiyalının mədə-bağırsaq traktında kokain tərkibli maye maddə olan 82 konteyner olub. Kişinin ölümünə səbəb narkotikin həddindən artıq dozası olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin şəriklərinin kimliyini müəyyənləşdirir.

Bundan əvvəl Vnukovoda mədəsindən 90 bükülü narkotik tapılan qızın saxlanıldığı məlum olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR