Onlayn ictimai-siyasi qəzet
Mədəniyyət naziri Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək.
Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il iyulun 12-də saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
"Vətəndaşlar 2024-cü il iyulun 8-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər", - deyə məlumatda qeyd edilib.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ