Onlayn ictimai-siyasi qəzet
"Mən və Kriştiano Ronaldo tez-tez danışırıq. O, mənə çoxlu məsləhətlər verir".
Bu sözləri "Real" klubunun hücumçusu Kilian Mbappe deyib.
O, portuqaliyalı futbolçunun rekorduna şərik olduğu üçün çox xoşbəxt hiss etdiyini də bildirib:
"İlk mövsümdə onun qollarına çatdığım üçün çox şadam, hamımız üçün onun nəyi təmsil etdiyini bilirik. Amma ən vacib şey Real Madrid ilə kuboklar qazanmaqdır".
Xatırladaq ki, Mbappe debüt mövsümündə 33-cü qolunu vuraraq Ronaldoya çatıb. "Kral klubu"nda rekord 37 qolla İvan Zamoraya məxsusdur. (Offsideplus.az)
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ