Onlayn ictimai-siyasi qəzet
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Rusiya istintaq orqanları tərəfindən araşdırılır və ona obyektiv qiymət veriləcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko rusiyalı jurnalistlərə müsahibəsində bildirib.
V.Matviyenko AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
O bildirib ki, bu məsələ Rusiya istintaq orqanları tərəfindən araşdırılır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ