Onlayn ictimai-siyasi qəzet
Tramp Epşteyn işi ilə bağlı ittihamları rədd etdi — keçmiş vəkili: “O, Tramp haqqında zərərli məlumatlara sahib deyildi”
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Tramp, “Truth Social” platformasında keçmiş vəkili Deyvid Şoenə istinad edərək, özünün Ceffri Epşteyn işi ilə əlaqəsi olmadığını bəyan edib.
Şoen paylaşımında bildirib ki, Epşteyn onu ölümündən doqquz gün əvvəl hüquqi müdafiə üçün işə götürüb və bundan öncə də aylarla hüquqi məsləhət üçün ona müraciət edirmiş.
“Birmənalı şəkildə deyə bilərəm: Epşteynin Trampa zərər verə biləcək heç bir məlumatı yox idi. Mən bunu ondan birbaşa soruşmuşam”, – deyə vəkilin sözləri Trampın paylaşdığı ekranda yer alıb.
Xatırladaq ki, ötən gün Trampla onlayn mübahisə zamanı İlon Mask iddia edib ki, prezidentin adı Epşteynin sənədlərində keçdiyinə görə həmin sənədlər ictimaiyyətə açıqlanmayıb. Ceffri Epşteyn isə daha öncə pedofiliyada təqsirli bilinmiş və insan alverində ittiham olunmuşdu.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ