İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask yol qaydalarını pozdu, cəza almadı

Sensasiyalı açıqlama və hərəkətləri ilə məşhur olan texnologiya lideri İlon Mask bu dəfə yol hərəkəti qaydalarını pozaraq gündəmə gəlib. Mask maşın sürərkən canlı yayım açsa da, heç bir cəza almayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Twitter-i almasından, platformada etdiyi dəyişikliklərdən və Meta CEO-su Mark Zukerberqlə qəfəs döyüşünə girəcəyi barədə bəyanından sonra İlon Mask bu dəfə yol hərəkəti qaydalarını pozaraq adının hallanmasına bais olub.

İlon Mask Kaliforniyanın Palo Alto şəhərində avtomobil sürərkən qanunsuz olaraq canlı yayım edib. Bununla belə, Palo Alto polis idarəsi Maska qarşı heç bir cəza tətbiq etməyəcək, çünki polis cinayətin şəxsən şahidi olmayıb.

Palo Altonun polis rəisi Ceyms Rayfşnayder deyib: “Əgər polis əməkdaşı sürücünü əlində telefonla görsəydi, sürücünü cərimələyə bilərdi. Hadisə baş verən zaman heç bir məmur şəxsən bu hadisənin şahidi olmadığı üçün heç bir cəza tətbiq edilmir”.

Qeyd edək ki, əksər ölkələrdə qayda pozuntunu əks etdirən şəkil və ya video sürücünün cərimələnməsi üçün əsas götürülür. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR