İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask X-də “prezident seçkisi” keçirib – Tramp “əzici üstünlüklə qalib gəlib”

Sahibkar İlon Mask X sosial şəbəkəsində ABŞ-da qarşıdan gələn prezident seçkisini simulyasiya edən sorğu təşkil edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, istifadəçilərdən ABŞ prezidentini iki namizəd - respublikaçı Donald Tramp və Demokrat partiyasının nümayəndəsi Kamala Harris arasından seçmələri xahiş olunub.

Sorğu 24 saat davam edib. Təxminən 1 milyon istifadəçinin səs verdiyi sorğuda eks-prezident 78,7 faizlə lider olub, 21,3 faiz Harrisə səs verib.

Xatırladaq ki, Mask son bir ayda Trampın qızğın tərəfdarına çevrilib, onun ABŞ prezidentli seçilməsi üçün canfəşanlıq edir.

Tramp prezident seçiləcəyi təqdirdə Maska Ağ Evdə yüksək vəzifə verəcəyini deyib. Mask bu təkliflə razılaşıb və “xidmətə hazıram” deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR